Moskvada koronavirusdan ölənlərin sayı 4 434 nəfərə yüksəlib
Rusiyanın paytaxtı Moskvada sutka ərzində koronavirus infeksiyasına yoluxan daha 13 nəfər ölüb.
ARANTV.AZ Trend-ə istinadən xəbər verir ki, bu barədə paytaxt koronavirusla bağlı vəziyyətə nəzarət və monitorinq üzrə operativ qərargahından bildirilib.
Ümumilikdə paytaxtda təsdiqlənmiş koronavirus xəstəliyi olan 4 434 nəfər ölüb, 239 mindən çox virusa yoluxma halı qeydə alınıb, 176 min xəstə sağalıb.
Ölkədə isə 13 504 ölüm, 823 515 yoluxma qeydə alınıb, 612 217 nəfərin sağalması bildirilir.

