Hande Ünsaldan 80-ci illər ab-havalı klip
Türkiyəli müğənni Hande Ünsal yeni klipini təqdim edib. ARANTV.AZ-ın məlumatına görə, müğənni “Yorgun Savaşçı” mahnısını ekranlaşdırıb. 28 yaşlı Hande klipdə rəngarəng obrazlara girib. Maraqlı səhnə kostyumları olan Ünsal 80-ci illər epoxasını təkrarlayıb. Qeyd edək ki, bəstənin müəllifi sənətçi özüdür.

