Jurnalistin evindən oğurluq oldu
Jurnalist Ramiz Mikayıloğlunun yarımtikili həyət evindən iyulun 27-də oğurluq olub.
ARANTV.AZ-ın xəbərinə görə, jurnalistin həyət evindən alüminium materialdan hazırlanmış pəncərələr xüsusi alətlərlə sökülürək oğurlanıb.
Ona dəyən ziyanın məbləği 2500 manatdan çoxdur.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsində araşdırma başlanılıb.
Qeyd edək ki, R.Mikayıloğlu APA informasiya agentliyinin əməkdaşıdır.Oxu.Az

