Hadisə 

Bakıda gecə qadının evinə girən şəxslər tutuldu

Bakıda quldurluq etmiş şəxslər tutulub.

ARANTV.AZ xəbər verir ki, Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini olan 82 yaşlı qadın həmin gün saat 18 radələrində Buzovna qəsəbəsindəki evinə girmiş 2 maskalı şəxsin onu döyərək evdən 1000 manatını və mobil telefonunu apardıqlarını bildirib.

Görülmüş təxirəsalınmaz tədbirlərlə quldurluğu törətməkdə şübhəli bilinən 2 nəfər qısa zamanda müəyyən edilib.

Polis əməkdaşlarının “isti izlər”lə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri Hüseyn Əliyev və Nağdəli Dadaşov saxlanılıblar.

Araşdırma aparılır.

publika.az

Daha çox xəbərlər