Gəncə Şəhər Səhiyyə İdarəsinə yeni rəis təyin edildi
Gəncə Şəhər Səhiyyə İdarəsinə yeni rəis təyin edilib.
ARANTV.AZ xəbər verir ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova trend-ə bildirib ki, Gəncə Şəhər Səhiyyə İdarəsinin rəisi Bəxtiyar Haqverdiyev öz ərizəsi ilə tutduğu vəzifədən azad edilib.
Bu vəzifəyə Abbas Səhhət adına 1 nömrəli Gəncə şəhər xəstəxanasının baş həkimi Nazim Məmməd oğlu Əhmədov təyin edilib.

