“Trabzonspor”un oyunçuları qələbəni “kolbastı” ilə qeyd etdilər – VİDEO
Futbol üzrə Türkiyə Kubokunu qazanan “Trabzonspor” komandası qələbəni maraqlı tərzdə qeyd edib.
Bu barədə “HaberGlobal” məlumat yayıb.
“Trabzonspor”un futolçuları “Aytemiz Alanyaspor”u 2:0 hesabı ilə məğlub etdikləri final qarşılaşmasından sonra soyunub-geyinmə otağında bölgənin ən populyar rəqslərindən sayılan “kolbastı” oynayıblar.
Xatırladaq ki, “Trabzonspor” 10 illik fasilədən sonra doqquzuncu dəfə Türkiyə Kubokuna sahib olub.

