Dünya 

Türk qırıcıları bombaladı: 6 PKK-çı məhv edildi

Türkiyə Silahlı Qüvvələri və Milli İstehbarat Təşkilatı (MİT) İraqın şimalında birgə əməliyyat keçirib.

 ARANTV.AZ Axar.az-a istinadla xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“Türkiyə ordusu və MİT-in koordinasiyalı şəkildə apardığı əməliyyat çərçivəsində İraqın şimalındakı Qara bölgəsində 6 PKK terrorçusu havadan endirilən zərbələr nəticəsində məhv edilib”, – məlumatda bildirilib.

Daha çox xəbərlər