Siyasət 

XİN-də İtaliya Senatının sədrinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib

ARANTV.AZ xəbər verir ki, Xarici İşlər naziri Elmar Məmmədyarov İtaliya Senatının sədri Maria Elisabetta Alberti Kasellatinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. İki ölkə arasında münasibətlərin hazırki səviyyəsi yüksək qiymətləndirilib. Qarşılıqlı səfər və görüşlərin keçirilməsinin ikitərəfli əlaqələrin genişlənməsi üçün mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb. Cənub Qaz Dəhlizi və onun vacib hissələri olan TANAP və TAP layihələrinin əhəmiyyətindən danışılıb. Bu layihələrin gerçəkləşməsinin iqtisadi əlaqələrin daha da inkişafına töhfə verəcəyi bildirilib.

 

Daha çox xəbərlər