Siyasət 

Azərbaycan və Türkmənistan Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib

ARANTV.AZ xəbər verir ki, Azərbaycan və Türkmənistan Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib.  Nümayəndə heyətlərinə xarici işlər naziri Elmar Məmmədyarov, Türkmənistan tərəfindən isə Nazirlər Kabineti sədrinin müavini, xarici işlər naziri Rəşid Meredov rəhbərlik ediblər. Məsləhətləşmələr çərçivəsində siyasi-diplomatik, o cümlədən ən yüksək səviyyədə səfərlər mübadiləsinin davam etdirilməsi, beynəlxalq və regional əməkdaşlıq barədə ətraflı müzakirələr aparılıb. Aktau zirvə toplantısında imzalanmış Xəzər dənizinin hüquqi statusu üzrə konvensiyanın tarixi əhəmiyyəti bir daha önə çəkilib. İki ölkə arasında ticari-iqtisadi əməkdaşlıqda müşahidə edilən müsbət dinamika vurğulanıb.  Görüşdə, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin göstərilməsi,  ölkələr arasında müqavilə-hüquq bazasının genişləndirilməsinə dair də fikir mübadiləsi aparılıb. Məsləhətləşmələrin yekunlarına dair 2019-2020-ci illər üçün əməkdaşlıq proqramı imzalanıb.

Daha çox xəbərlər