Dünya 

Ermənistanda COVID-19-dan ölənlərin sayı 768 nəfərə çatıb

Ermənistanda son sutkada daha 196 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

ARANTV.AZ APA-ya istinadən xəbər verir ki, bununla da ölkədə koronavirusa yoluxanların sayı 39 298 nəfərə çatıb.

Son sutka ərzində koronavirusa yoluxan 6 nəfər ölüb və bununla da virusa yoluxma nəticəsində ölənlərin sayı 768 nəfər olub.

Ermənistanda xəstəlikdən sağalanların sayı 30 372 nəfərdir.

Daha çox xəbərlər