Rusiyada zavodda baş vermiş partlayış nəticəsində ölənlərin sayı 4-ə çatıb
Rusiyanın Leninqrad vilayətində yerləşən “Avanqard” zavodunda dünən baş vermiş partlayış nəticəsində ölənlərin sayı artıb.
ARANTV.AZ virtualaz.org-a istinadən xəbər verir ki, partlayış nəticəsində yaranmış dağıntıların 80%-i yığışdırılıb. Hadisə yerində iş davam etdirilir.
Rusiya FHN-in məlumatına görə, son dəqiqləşdirmələrə əsasən, partlayış nəticəsində 11 nəfər xəsarət alıb, onlardan 4 nəfəri həlak olub. Yerdə qalan yeddi nəfərdən ikisi xəstəxanada müalicə edilir.

