Hadisə 

Azərbaycanda avtomobil yolu keçən iki nəfəri vurdu – VİDEO

Sumqayıtda minik  maşını yolu keçən iki piyadanı vurub.

ARANTV.AZ  xəbər verir ki, qəza şəhərin Sərvər Bədəlbəyli küçəsində baş verib.

“Opel” markalı avtomobil yolu keçmək istəyən iki nəfəri – 23 yaşlı Sabir Quliyevi və 22 yaşlı Elnur Fərzəliyevi vurub.

Yaralılar Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.

Baku TV

Daha çox xəbərlər