Dünya 

Rusiyada istehsal olunmuş ilk koronavirus peyvəndi nümayiş etdirildi – FOTO

Rusiyanın Səhiyyə Nazirliyi dünyada COVID-19 infeksiyasına qarşı ilk peyvəndin ampulasının necə göründüyünü nümayiş etdirib.

Bu barədə Gazeta.ru məlumat yayıb.

Ampulaların iki müxtəlif rəngdə – qırmızı və göy başlıqları var. Onlardan birincisi ilk, digəri isə ikinci inyeksiya üçündür.

“İki mərhələli yeritmə sxemi uzunmüddətli immunitet yaratmağa imkan verir”, – deyə, qurumdan bildirilib.

Daha çox xəbərlər