Hadisə 

Nazirlik: “Opera müğənnisi Eldar Əliyevin nəşinin Azərbaycana gətirilməsi üçün iş aparılır”

Opera müğənnisi Eldar Əliyevin nəşinin Azərbaycana gətirilməsi istiqamətində iş aparılır. 

ARANTV.AZ xəbər verir ki, bu barədə APA-ya Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bununla bağlı Dövlət  Miqrasiya Xidmətinə müraciət olunub.

“Onun nəşinin vətənə gətirilməsi üçün şəxsi pasport məlumatlarına ehtiyac var. O, sonuncu dəfə 2000-ci ildə pasport alıb. Arxiv məlumatlarını əldə etdikdən sonra müvafiq sənədlər toplanılaraq İtaliyanın Azərbaycandakı səfirliyinə müraciət olunacaq”, – deyə məlumatda qeyd olunur.

<ins’></ins’>

Qeyd edək ki, İtaliyada çalışan opera müğənnisi Eldar Əliyev avqustun 4-də Milan şəhərində 49 yaşında vəfat edib.

Daha çox xəbərlər