ABŞ-da naməlum şəxslər hərbi vertolyotu atəşə tutdular
ABŞ-ın Virciniya ştatında naməlum şəxslər ABŞ HHQ-nin UH-1N Huey vertolyotunu atəşə tutub.
ARANTV.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə “ABC” xəbər verib.
Qeyd edilir ki, vertolyot Middlburq üzərində məşq uçuşu edirdi.
Nəşrin məlumatına görə, göyərtəyə güllə düşüb, bundan sonra pilotlar qəza enişi edib. Bir nəfər xəsarət alıb və xəstəxanaya çatdırılıb.
Federal Təhqiqat Bürosu (FBI) hadisə ilə bağlı yoxlama aparır.

