Şəmkirdə piyadanı maşın vurdu
Şəmkirdə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
ARANTV.AZ-ın məlumatına görə, hadisə rayonun Təzəkənd kəndində qeydə alınıb.
Yolu keçmək istəyən 1961-ci il təvəllüdlü Məmmədov Nicat Muxtar oğlunu maşın vurub.
Yaralı dərhal xəstəxanaya yerləşdirilib.
Xəstəyə lazımi tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.APA

