Dünya 

Rusiyada daha 4 892 nəfər COVID-19-a yoluxdu

Rusiyada son sutka ərzində daha 4 892 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

ARANTV.AZ APA-ya istinadən bildirir ki, Rusiyada COVID-19-a yoluxanların sayı 927 745 nəfərə çatıb.

Son sutka ərzində 55 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 15 740 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Braziliya və Hindistandan sonra dördüncü yerdə gəlir.

Daha çox xəbərlər