Cəbrayıl Həsənov: Çempionluq üçün nəsə çatmadı – VİDEO
Macarıstanın paytaxtı Budapeştdə keçirilən güləş üzrə dünya çempionatında gümüş medal qazanan Cəbrayıl Həsənov (79 kq) yarışla bağlı təəssüratlarını açıqlayıb.
ARANTV.AZ xəbər verir ki, mundiala hazır formada gəldiyini söyləyən sərbəst güləşçimiz çempionluq üçün nəsə çatmadığını söyləyib:
“Buraya çox yaxşı formada gəlmişdim. Çempion olacağıma inanırdım. Hücumu son saniyələrə saxlamışdım. Alınmadı. Bundan sonra çalışacağam ki, şansımı son saniyələrə saxlamayım. Səhvlərimin üzərində işləyəcəyəm
Bu rəqibimlə apreldə ABŞ-da keçirilən Dünya Kubokunda da qarşılaşmışdım və 4:5 hesabı ilə uduzmuşdum. Onda hakimlərin mənə qarşı haqsızlığı olmuşdu”.
Qeyd edək ki, 2016-cı ilin Olimpiya medalını qazanmış Cəbrayıl Həsənov finalda amerikalı Kayl Deykə 0:2 hesabı ilə uduzub. Bununla da Cəbrayıl ilk dəfə çıxış etdiyi dünya çempionatının finalında “gümüş” medal qazanıbsa, Deyk ilk dəfə qatıldığı dünya çempionatının ilk medalını əldə edib.oxu.az

