Gündəm Region Xəbərləri 

Bərdədə musiqi məktəbinin direktoru işdən azad edilib.

Aldığımız məlumata görə Bərdə şəhər 1 saylı Uşaq İncəsənət Məktəbinin direktoru Cəfərov Elnur Asif oğlu öz ərizəsinə əsasən tutduğu vəzifədən azad edilib. Bu barədə məktəbdən əldə olunan məlumata görə Elnur Cəfərovun səhhəti ilə, və ailə üzvləri Bakıda yaşadıqlarından O, bu addımı məcburən atmalı olub.

Məktəblə əlaqə saxlayıb, hazırda faktiki rəhbər sayılan direktor əvəzi Nərgiz Şərifovadan faktın doğru olub,olmadığını soruşsaqda cavab verməkdən imtina etdi. Onu da xatırladaq ki, jurnalistin sualına cavab verməyən rəhbər vəzifəli şəxs KİV haqqında qanunun müvafiq maddəsini pozmuş olur. Buna görədə həmin şəxs üçün cəza nəzərdə tutulur.

Sonra Elnur müəllimin özü ilə əlaqə saxladıq o işdən çıxmasını özü təsdiq etdi.

Onu da qeyd edə ki, Elnur Cəfərov bu vəzifəyə 2013-cü ildən təyin olunub.

Hazırda bu vəzifəni məktəbin dərs hissə müdiri Nərgiz Şərifova icra edir.

 

ARANTV.AZ

Daha çox xəbərlər