Dünya 

Qızının toyunda həyat yoldaşı ilə rəqs edən kişi bir neçə gün sonra onu öldürdü – VİDEO

Türkiyənin Antalya vilayətinin Serik rayonunda yeddi uşaq anası əri tərəfindən öldürülüb.

“İhlas Haber Ajansı” (İHA) məlumat verir ki, 39 yaşlı Metin Ç. 39 yaşlı həyat yoldaşı Dudu Çağını bıçaqlayıb.

Hadisəni törədən kişi dərhal oradan uzaqlaşıb.

Xəstəxanaya çatdırılan qadının həyatını xilas etmək mümkün olmayıb.

Hüquq-mühafizə orqanlarının apardığı araşdırma zamanı məlum olub ki, ər-arvad arasında münasibətlər yaxşı olmayıb və cütlük ayrı yaşayıb.

Lakin bir neçə gün əvvəl qız övladlarının toyunda bir araya gələn ata və ana hətta birlikdə rəqs də ediblər.

Daha çox xəbərlər