Hadisə 

Bakıda qonşusunun velosipedini oğurlayan iki qardaş saxlanıldı

Bakıda velosiped oğruları yaxalanıb.

ARANTV.AZ-ın məlumatına görə, hadisə paytaxtın Xəzər rayonunda baş verib. Xəzər rayonu Binə qəsəbəsində yaşayan Ə.Qasımov polisə müraciət edərək ona məxsus velosipedin oğurlandığını bildirib.

Xəzər rayon Polis İdarəsinin 3-cü polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində velosipedi oğurlamaqda şübhəli bilinən qəsəbə sakinləri Akif Xasıyev və qardaşı Amin Xasıyev saxlanılıblar.

Saxlanılan şəxslər hadisəni törətdiklərini etiraf ediblər.

Faktla bağlı araşdırma aparılır.Trend

Daha çox xəbərlər