Hadisə 

Ağstafada sahibkar silahlı hücuma məruz qaldı

Ağstafada sahibkar silahlı hücuma məruz qalıb.

ARANTV.AZ xəbər verir ki, iyulun 27-də Ağstafa rayonunun Saloğlu qəsəbəsi ərazisində yerləşən fermaya gəlmiş Qıraq Kəsəmən kənd sakini Abil Əliyev münaqişə zəminində fermanın sahibi Cəmil Əliyevi tapança ilə öldürəcəyi ilə hədələyib.

C. Əliyev onun əlindən tapançanı almağa cəhd göstərərkən 1 dəfə atəş açılıb, xəsarət alan olmayıb.

Görülmüş tədbirlərlə A.Əliyev saxlanılıb. Ondan hadisəni törədərkən istifadə etdiyi tapança və içərisində 3 ədəd patron olan patron darağı, habelə 1 ədəd giliz götürülüb.

Onun sərxoş halda olması müəyyən edilib.

oxu.az

Daha çox xəbərlər

Leave a Comment