Maraqlı 

Günə enerjili başlamağın SİRRİ

“Yuxudan tez durun – səhərin sübh çağı həyatın çox vacib çağıdır, bəlkə də ən vacib vaxtı. Odur ki, onu itirməmək çox vacibdir. Oyanmaq üçün ən uyğun vaxt – səhər 5-6 arası, maksimum 7-yə qədərdir. Həm iş günləri, həm həftə sonları”.

Bu sözləri dietoloq Nərgiz Nəzirova deyib. Günə enerjili başlamağın sirlərini açan ekspert sözlərinə belə davam edib:

“Oyanan kimi bir stəkan təmiz su için – su maddələr mübadiləsini aktivləşdirəcək və oyanmağa yardım edəcək.

Duş qəbul edin – sərin duş daha tez oyanmağa, həm mental, ya başqa cür psixi çirki yumağa yardım edəcək. Həmçinin, dişlərinizi yumağı unutmayın.

İdman edin – hər hansı idman hərəkətləri edin, bu, enerjinin yüksəlməsi və özündə dissiplinin artırması üçün əla üsuldur.

Yemək yeyin – düzgün səhər yeməyi özünü gözəl hiss etməyin yoludur. Həmçinin bu, gecə çox yeməyin qarşısını alacaq.

Öyrənin – səhər vaxtı mütaliə üçün gözəl vaxtdır. Təxminən günün 6-12 arası buna zaman ayırmaq çox vacibdir”. //Publika.az

Daha çox xəbərlər