Uşaqlar maska taxmalıdırlar- ÜST-dən XƏBƏRDARLIQ
ÜST cümə günü keçirdiyi mətbuat konfransında, uşaqlar üçün koronavirusla bağlı yeni tövsiyələr verdi.
ARANTV.AZ Sonxeber.az-a istinadən xəbər verir ki, ÜST-ə görə, on iki və yuxarı yaşda olan uşaqlar pandemiya ilə mübarizə aparmaq üçün böyüklər ilə eyni şərtlərdə qoruyucu üz maskaları taxmalıdırlar.Buna xüsusilə bir metr məsafəyə zəmanət verə bilmədikdə və yoluxma olan ərazidə daha ciddi nəzarət edilməlidir.
Beş və daha kiçik yaşlı uşaqlardan maska taxmaq tələb olunmur. Altı ilə on bir yaşa qədər olanlara gəldikdə, ÜST maska istifadə etmək qərarının bir sıra amillərə, o cümlədən uşağın yaşadığı ərazidə virusun yoluxma səviyyəsinə və maskadan düzgün istifadə etmək qabiliyyətinə əsaslanaraq tövsiyə edir.
Məktəblər kimi bəzi yerlərdə sanitar qovşaqlarında və ya paltar dəyişdirilmə yerlərində böyüklərin nəzarəti və virusda necə qorunmaq barədə verilən təlimatlar uşaqların pandemiyadan zərər çəkmədən çıxmasında xüsusi yer tutur.

