Gündəm 

Rusiyanın Müdafiə naziri Bakıya gələcək – YENİLƏNİB + RƏSMİ

Rusiya Federasiyasının Müdafiə naziri, ordu generalı Sergey Şoyqu Azərbaycana işgüzar səfərə gələcək.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, Sergey Şoyqu Bakıya Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun dəvəti ilə avqustun 25-də səfər edəcək.

16:36

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Azərbaycana səfər edəcək.

ARANTV.AZ-ın məlumatına görə, Rusiya müdafiə naziri Azərbaycanda keçiriləcək Dəniz kuboku ordu oyunlarının açılış mərasimində iştirak edəcək.

Rusiya müdafiə nazirinin Azərbaycana səfərinin avqustun 24-də baş tutacağı gözlənilir.APA

Daha çox xəbərlər