Yunanıstanda daha 284 nəfər koronavirusa yoluxub
Yunanıstanda sutkada koronavirus xəstəliyinə yoluxanların sayı 284 nəfər artıb. Bu, pandemiya başlayandan bəri 24 saat ərzində ən çox artımdı.
ARANTV.AZ Trend-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.
Məlumata əsasən, bununla yoluxanların ümumi sayı 8 664 nəfərə çatıb:
“Son 24 saat ərzində iki nəfər vəfat edib. Nəticədə, ölkədə (pandemiya başlayandan bəri) koronavirus səbəbindən ölənlərin ümumi sayı 242-ə çatdı”.

