Dünya 

Suriyada qaz boru kəmərində partlayış baş verib

Suriyanın Dəməşq vilayətində qaz boru kəmərində terror aktı nəticəsində partlayış baş verib.

ARANTV.AZ  Trend-ə istinadən bildirir ki, bu barədə Suriyanın neft və mineral sərvətlər naziri Əli Qanim deyib.

Bildirilib ki, partlayış ölkə ərazisində elektrik enerjinin kesilməsinə səbəb olub:

“Vəziyyəti qiymətləndirdikdən sonra Adra və Dumeyr rayonları arasındakı qaz kəmərində partlayışa terror aktın səbəb olduğu müəyyən edilib”.

Daha çox xəbərlər