Hadisə 

Qubada iki avtomobil toqquşduqdan sonra alovlandı

Quba rayonunun Qələdüz kəndində “Volkswagen” və “Mitsubishi” markalı iki minik avtomobili toqquşub.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nəticədə hər iki avtomobilin yanar hissələri alışıb.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Daha çox xəbərlər