Dünya 

Filippində bir saatda iki partlayış: ölənlər var

Filippinin cənubundakı Holo şəhərində bir saat ərzində iki partlayış baş verib.

ARANTV.AZ  Trend-ə istinadən bildirir ki, partlayışlardan biri “Paradise Food Shop” ticarət mərkəzində törədilib.

Hadisələr nəticəsində ümumilikdə 5 nəfər həlak olub. Partlayışlarla bağlı məsuliyyəti üzərinə götürən qruplaşma yoxdur.

Hadisə yerində araşdırmalar aparılır.

Daha çox xəbərlər