İdman 

AFFA-dan maraqlı addım: İnzibati binaya bayraqlar asıldı – FOTO

AFFA maraqlı addım atıb.

ARANTV.AZ-ın xəbərinə görə, qurumun inzibati binasında Azərbaycan bayrağı ilə yanaşı, dörd futbol klubunun atributı da asılıb.

Bunlar “Qarabağ”, “Neftçi”, “Keşlə” və “Sumqayıt” klublarının bayraqlarıdır. AFFA bu dörd klubumuzun cari mövsüm Azərbaycanı avrokuboklarda təmsil etməsini nəzərə alaraq bu addımı atıb.

AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla saytımıza bildirib ki, bu, rəhbərliyin ideyasıdır və həmin dörd kluba dəstək məqsədilə edilib.Oxu.Az

Daha çox xəbərlər