Moldovada yenidən məhdudiyyətlər tətbiq edə bilər
Keçən həftə Moldovada ən çox sayda koronavirusa yoluxma halı qeydə alınıb. Avqustun 17-dən 23-dək, pandemiyanın başlanması anından ilk dəfə olaraq, ölkə ərazisində cəmi 7 gün ərzində qeydə alınmış yoluxma həddi 3 min nəfəri ötüb.
ARANTV.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, Moldovanın Baş Naziri ölkə rəhbərliyinin həftəlik müşavirəsində bildirib ki, yeni yoluxma halları artarsa, hökumət bəzi məhdudiyyətləri tətbiq etməyə məcbur olacaq.
Moldova hökumətinin sədri, həmçinin xatırladıb ki, Respublikanın İctimai Sağlamlıq üzrə Milli Fövqəladə Komissiyası təlimatlara ciddi riayət edilməsi şərtilə, 1 sentyabrdan etibarən uşaq bağçaları və məktəblərin fəaliyyətinin bərpasına icazə verib.
O, əlavə edib ki, yalnız uşaqların qəbulu üçün bütün zəruri tədbirləri görən və hazırlıq işlərini aparmağa qadir olan təhsil müəssisələri açıq olacaq.

