Hadisə 

Qobustanda ağır qəzada ölən Əminənin FOTOsu

Daxili İşlər Nazirliyi Qobustanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi barədə məlumat yayıb.

Nazirliyinin mətbuat xidmətindən BiG.AZ-A verilən məlumata görə, avqustun 24-də saat 15 radələrində Qobustan rayonunun Nərimankənd kəndi ərazisində Zaqatala rayon sakini Ə.Nəbiyev idarə etdiyi “Mercedes-Vito” markalı mikroavtobusu aşırıb.

Nəticədə sərnişinlərindən Qax rayon sakini Əminə Şövkətli hadisə yerində ölüb, digər sərnişini xəsarətlə xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Qobustanda ağır qəzada ölən Əminənin FOTOsu

Daha çox xəbərlər