Sevdiyi kişini ailə həyatı qurmağa razı salmaq üçün uşaq oğrusu oldu
Vyetnamlı qadın sevgilisini onunla evlənməyə məcbur etmək üçün uşaq oğrusuna çevrilib.
Bu barədə “Saigon Online” məlumat yayıb.
Xəbərdə qeyd olunur ki, 32 yaşlı Nquyen Thu parkda valideynlərinin gözündən yayınan uşağı oğurlayaraq evinə aparıb.
Bir gün sonra isə qadın oğurladığı azyaşlını keçmiş sevgilisinin yaşadığı Tuenkuanq əyalətinə yollanıb. Lakin hüquq-mühafizə orqanları qadını saxlayıblar.
Polisdə ifadə verən 32 yaşlı qadın bir müddət bundan əvvəl yarımçıq hamiləlik keçirdiyini, lakin bu barədə sevgilisinə məlumat vermək istəmədiyini söyləyib.
Görüşdüyü şəxsin onu atacağından qorxuya düşən qadın oğurladığı uşağı sevdiyi kişiyə öz övladları kimi təqdim etmək istəyib.

