Hadisə 

Azərbaycanda ötən il 13 minə yaxın şəxs məhkum edilib

Azərbaycanda ötən il məhkum olunan şəxslərin sayı açıqlanıb. 

ARANTV.AZ  APA-ya istinadən bildirir ki, 2019-cu il ərzində məhkəmə qərarları ilə 12 945 nəfər məhkum edilib.

Onlardan 6002 nəfəri barəsində azadlıqdan məhrumetmə qərarı çıxarılıb.

Məhkumlardan 12 374 nəfəri kişi, 571 nəfəri qadındır. 14-17 yaş arasından olan məhkumların sayı isə 288 olub.

Daha çox xəbərlər