Dünya 

Paraqvay Daxili İşlər naziri koronavirusa yoluxub

Paraqvay Daxili İşlər naziri Euklides Asevedo koronavirus infeksiyası ilə xəstəxanaya yerləşdirilib.

ARANTV.AZ  Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə naziri Xullio Massoleni deyib.

X.Massoleni deyib: “COVID-19 ilə təsdiqlənmiş yoluxma faktımız var. Nazir Asevedonun vəziyyəti stabil olaraq qiymətləndirilir”.

Nazirlikdən verilən məlumata görə, prezident Mario Abdo Benites artıq xəstəxanada 70 yaşlı naziri ziyarət edib.

Daha çox xəbərlər