Yerevanda güclü partlayış: Xəsarət alanlar var
Bu gün səhər saatlarında Ermənistanın paytaxtı Yerevanda yaşayış evində güclü partlayış baş verib.
“Sputnik” agentliyi xəbər verir ki, Ermənistan Səhiyyə Nazirliyinin mətbuat katibi Alina Nikoqosyan partlayış nəticəsində bir kişi və bir qadının xəsarət alaraq, xəstəxanaya yerləşdirildiyini bildirib.
Həkimlər hər iki şəxsin vəziyyətini ağır olaraq qiymətləndirirlər.
Partlayışın səbəbləri barədə hələlik məlumat verilmir.

