Dünya 

Qonşu ölkədə naməlum koronaviruslardan qorunmaq üçün vaksin hazırlanır

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin alimləri çoxfunksiyalı müdafiəni nəzərdə tutan və gələcəkdə koronavirusun naməlum növünə yenidən yoluxmadan qoruyacaq polivalent peyvəndin bir versiyasını hazırlayıb.

“İzvestiya”nın məlumatına görə, bu barədə Moskva Dövlət Universitetinin Biologiya fakültəsinin virusologiya kafedrasının müdiri, baş tərtibatçı Olqa Karpova açıqlama verib.

Onun sözlərinə görə, Rusiyada hazırlanan peyvənd yalnız bilinən koronaviruslardan deyil, potensial SARS-a bənzər patogenlərdən də qoruyur.

“Peyvəndə bir çox SARS tipli viruslarla, xüsusən də hələ insanlara ötürülməmiş viruslarla əlaqəli universal bir antigen tətbiq olunub”, – deyə mütəxəssis izah edib.

O.Karpova peyvənd hazırlığına belə yanaşmanı “müharibədən əvvəl silah hazırlığı” adlandırıb.

Daha çox xəbərlər