Hadisə 

Ötən il cinayət törədən qadınların sayı bəlli olub

Ötən il Azərbaycanda 1039 qadın cinayət törədib.

ARANTV.AZ  xəbər verir ki, qadınlar ən çox oğurluq ediblər.

Belə ki, 2019-cu ildə ölkədə cinayət törədən 1039 qadından 11 nəfəri adam öldürüb, bir nəfər isə öldürməyə cəhd edib.

Eyni zamanda cinayət törədən qadınların 137-si oğurluğa, 100-ü dələduzluğa, 97-si narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə, 58-i yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmaya, 46-sı xuliqanlığa, dördü rüşvətxorluğa görə məsuliyyətə cəlb ediliblər.

Qadınların törətdiyi yol-nəqliyyat qəzalarında zərərçəkənlərdən doqquz nəfəri ölüb.Oxu.Az

Daha çox xəbərlər