Mərhəmət və xeyirxahlıq simvolu
Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və ISESKO-nun xoşməramlı səfiri, birinci xanım Mehriban xanım Əliyevanın ad günüdür. Doğma Azərbaycanın ən böyük təəssübkeşi, xalqımızın xoşbəxt gələcəyi üçün fədakar çalışqanlığı ilə hər kəsin sevimlisinə çevrilən Mehriban xanım Əliyeva uşaqdan böyüyə qədər hamının qayğısına qalmaq, cəmiyyətimizdəki problemlərin həllinə öz qətiyyəti və cəsarəti ilə nail olmaq kimi çətin və şərəfli missiyanın neçə illərdir ki, daşıyıcısıdır.
Bu fikirləri “İki sahil”ə açıqlamasında Milli Məclisin deputatı Tamam Cəfərova deyib.

Tamam Cəfərova bildirib ki, Mehriban Əliyevanın çoxşaxəli ictimai-siyasi fəaliyyəti həyatın demək olar ki, bütün sahələrini əhatə edir və qısa dövr ərzində Azərbaycanın ictimai-siyasi həyatına yenilik, müasirlik, fərqlilik, inkişaf və inanılmaz uğurlar gətirmişdir. Bu gün Mehriban xanım vətəndaş həmrəylinin bariz nümunəsinə, mərhəmət və xeyriyyəçilik simvoluna çevrilmişdir. Bu barədə Mehriban xanım Əliyevanın sözləri fikirlərimizi özündə ehtiva edir: “Hər bir cəmiyyətdə mərhəmət, insanpərvərlik, qayğı kimi hisslər əsas yer tutmalıdır. O cəmiyyətdə ki, həm dövlət qurumları, həm vətəndaş cəmiyyəti məhz bu prinsiplər əsasında həm öz həyatını, həm öz fəaliyyətini qurur, o cəmiyyət inkişaf etmiş, uğurlu cəmiyyətdir”
“Azərbaycan qadınına xas olan bütün nəcib xüsusiyyətləri özündə əks etdirən Mehriban xanım Əliyevanın səyləri nəticəsində bu gün Azərbaycanda qadın hərəkatı keyfiyyətcə yeni səviyyəyə yüksəlmiş, ölkənin siyasi sistemində güclü “Birinci Xanım” institutu formalaşmışdır”- deyən Tamam Cəfərova bildirib ki, Azərbaycan qadın hərəkatının lideri kimi, ölkəmizdə qadın hərəkatının və dövlət qadın siyasətinin inkişafında və yeni mərhələyə keçməsində, qadın hüquqlarının qorunması ilə bağlı qanunvericilik bazasının zənginləşməsində və Azərbaycan qadınının dünyada ən yüksək səviyyədə təmsil olunmasında Mehriban xanım Əliyevanın müstəsna xidmətləri var: “Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti milli-mənəvi dəyərlərə söykənən və intellektual yüksəlişə xidmət edən ideyaların cəmiyyətdə daha çox yayılmasına yönəlmişdir.
Mən də öz növbəmdə Mehriban Əliyevanı səmimi qəlbdən təbrik edir, möhkəm can sağlığı, uzun ömür və ölkə başçısı cənab İlham Əliyevlə birlikdə Azərbaycan xalqının rifahı naminə fədakar fəaliyyətdə uğurlar arzulayıram.”

