Son sutkada Pakistanda koronavirusdan 11 nəfər həyatını itirib
Son gün ərzində Pakistanda COVID-19-a 450 nəfər yoluxub ki, bununla da virusa yoluxanların sayı 293 min 711 nəfərə çatıb.
ARANTV.AZ AZƏRTAC-a istinadən bildirir ki, son sutkada koronavirusdan 11 nəfər vəfat edib. Xəstəlikdən ölənlərin sayı 6 min 255 nəfər olub.
Məlumatda qeyd edilir ki, xəstəxanalarda 10 min 188 nəfər müalicə alır, 686 xəstə ağır vəziyyətdədir.

