Litvada koronavirusa yoluxanların sayı 2694 nəfərə çatıb
Litvada son sutka ərzində koronavirusa (COVID-19) yoluxanların sayı 21 nəfər artaraq 2694 nəfərə çatıb.
ARANTV.AZ AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Litvanın Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, epidemiyanın yayıldığı tarixdən bəri ölkədə 613 min 324 nəfər müayinə olunub.
Məlumata əsasən, son sutka ərzində COVID-19 virusuna görə 4557 nəfərdən analiz götürülüb.
Ölkədə 85 ölüm faktı qeydə alınıb. Sağalanların sayı isə 1785 nəfər təşkil edib. Litvada virusa yeni yoluxma hallarının artacağı istisna olunmur.

