AAAF Parkda dülgərin üzərinə divar aşdı, vəziyyəti ağırdır
AAAF Park Yaşayış Kompleksində bədbəxt hadisə baş verib.
ARANTV.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, bir neçə saat öncə AAAF Parkın A kompleksində bina 8-də çalışan dülgərin üzərinə divar aşıb.
Divarda olan pəncərənin şüşələri onun bədəninə xəsarət yetirib.
Vəziyyəti ağır olan usta təcili yardımla xəstəxanaya çatdırılıb.

