Dünya 

Estoniyada koronavirusa yoluxma halları artıb

Estoniyada son sutka ərzində koronavirusa (COVID-19) yoluxanların sayı 19 nəfər artaraq 2294-ə çatıb.

ARANTV.AZ  AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Estoniya Səhiyyə Departamenti məlumat yayıb. Bildirilib ki, epidemiyanın yayıldığı tarixdən bəri ölkədə 142 min 160 nəfər müayinə olunub.

Son sutka ərzində COVID-19 virusuna görə 1186 nəfərdən analiz götürülüb.

Yeni növ koronavirusdan 64 ölüm faktı qeydə alınıb. Sağalanların sayı 2038 nəfərdir. Yoluxma hallarının artacağı istisna olunmur.

Daha çox xəbərlər