“Hamamnan məni səslədi, gedib onu çılpaq vəziyyətdə gördüm” — Bakıda hindistanlı kişini öldürən pakistanlının ŞOK CİNAYƏTİ-TƏFƏRRÜAT-VİDEO
ARANTV.AZ xəbər verir ki, hadisə Xətai rayonu ərazisində baş verib.
Rayonun Nəcəfqulu Rəfiyev küçəsində həyət evində yaşayan Hindistan vətəndaşı, 1971-ci il təvəllüdlü Binnud Khumar Çadrin xüsusi amansızlıqla qətlə yetirib hadisə yerindən qaçan Pakistan vətəndaşı, 1986-cı ildə bu ölkənin Lahor şəhərində anadan olmuş Ali Abid Ahmad Qanunsuz Miqrasiyaya qarşı İdarə, Xətai RPİ CAŞ və 37-ci Polis Bölməsinin birgə keçirdiyi əməliyyatla müəyyən edilərək saxlanılıb.
Qeyd edək ki, hadisə baş verən gün yuxarıda qeyd edilən ünvana gələn B.X.Çadrinin qeyri rəsmi münasibətlərdə olduğu qadın qapının bağlı olmasından və əri ilə əlaqə saxlaya bilməməsindən narahat olaraq Fövqəladə Hallar Nazirliyinin (FHN) qaynar xəttinə zəng edib. Bundan sonra həmin ünvana gələn FHN-in əməkdaşları qapını qıraraq içəri daxil olublar. Bu zaman çarpayının altında Hindistan vətəndaşının meyiti tapılıb. Hüquq-mühafizə orqanlarının araşdırması nəticəsində isə onun əl-qolunun bağlanaraq döyülüb öldürülməsi və meyitin elektrik cərəyanına verilməsi müəyyən olunub.
Təqsirləndirilən şəxs qismində dindirilən Ali Abid bildirib ki, yanvar ayının ortalarında təsadüfən metronun “Əhmədli” stansiyasının yaxınlığında Binnud Kumarla tanış olub. Bir neçə gün sonra tanışı onu evinə dəvət edərək yeyib içiblər. Həmin gün Binnut sərxoş olduğundan bundan istifadə edən Ali Abid onun sənədlərini və içərisində 300 manat olan pul kisəsini götürüb Yeni Günəşli qəsəbəsində kirayə qaldığı evə gəlib.
Bir müddət sonra “Nizami” metrosunun yaxınlığında Abid Binnutla rastlaşıb. Sonuncu ondan sənədlərini və pulunu tələb edəndə Abid onların Günəşlidə qaldığı evdə olduğunu deyib. Bu səbəbdən onlar birlikdə ora yollanıblar. Ali Sənədləri qaytarsa da Binnuda pulları xərclədiyini deyib. Bundan sonra Binnudun təklifi ilə taksiyə minib hadisə baş verən evə gəliblər.
Evdə bir yerdə olan zaman Binnut hamam otağından Abidi səsləyib. Ora tərəf gedən Abid otağın qapısı qarşısında onu çılpaq vəziyyətdə görüb. Kumar onunda soyunub əxlaqsız hərəkətlər etməsini tələb edib. Lakin o buna etiraz edib və bu zaman əlbəyaxa olublar.
Abid Binnudu itəliyən zaman başı divara dəyib yerə yıxılıb. O isə çarpayıya tərəf qaçaraq əvvəlcədən hazırladığı aləti oranın altından götürüb. Onu evdə tək olan vaxt Kumarı öldürmək niyyəti ilə düzəldidib.
Mətbəxə daxil olaraq aləti sağ divardakı elektrik şəbəkəsinə qoşub və ilk zərbəni yerdən qalxmaq istəyən Binnudun boyun nahiyyəsinə endirib. Binnud elektrik cərəyanının təsirindən titrəyib halsız vəziyyətə düşüb. Abid bu vaxt əlindəki alətlə onun başına, sinasəni və ayaqlarına çoxlu zərbələr vurub.
Hadisə barədə daha ətraflı videonu təqdim edirik.
“Ölkə.Az”

