İdman 

Azərbaycan Rumıniyanı keçdi – FOTO

“Qarabağ”ın dünən UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Moldovanın “Şerif” klubu üzərində qələbəsi Azərbaycanın reytinqdə irəliləməsinə səbəb olub.

Dünən keçirilən oyunlardan sonra Azərbaycan UEFA reytinqində Rumıniyanı keçib.

İrəliləyişə səbəb Rumıniya çempionu ÇFR-in Zaqreb “Dinamo”suna penaltilər seriyasında uduzması və “Qarabağ”ın məlum qələbəsi olub.

Hazırda Azərbaycan 15.125 xalla XXV sıradadır.

Qeyd edək ki, ən yüksək irəliləyiş İrlandiyada olub. Bu ölkə altı pillə irəliləyib.

Daha çox xəbərlər