Kanalizasiya qapaqlarını oğurlayan şəxs saxlanıldı
Paytaxt ərazisində kanalizasiya qapaqları oğurlanıb.
ARANTV.AZ-ın xəbərinə görə, hadisə avqustun 10-u gecə saatlarında Sulutəpə qəsəbəsi, A.Allahverdiyev küçəsində qeydə alınıb.
Bildirilib ki, naməlum şəxs kanalizasiya qapaqlarını oğurlayıb.
Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisəsini törətməkdə şübhəli bilinən 1972-ci il təvəllüdlü Mehman Allahverdiyev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.“Report”

