Dünya 

Cənubi Koreyada pik yoluxma

Cənubi Koreyada mart ayının 7-dən bəri yeni növ koronavirusa (COVID-19) gündəlik ən yüksək yoluxma qeydə alınıb.

ARANTV.AZ APA-ya istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Naziliyi bildirib.

Son sutka ərzində ölkədə koronavirusa 441 yeni yoluxma baş verib.

Nazirlikdən bildirilib ki, aktiv yoluxma halı daha çox paytaxt Seuldakı Saranq-ceyl kilsəsi ətrafında qeydə alınıb.

Qeyd edək ki, pandemiyanın başladığı ilk vaxtlarda Cənubi Koreya virusun yayılmasını effektiv şəkildə nəzarətdə saxladığı üçün beynəlxalq təqdir qazanmışdı.

 

Daha çox xəbərlər