Dünya 

Liviyada koronavirusla bağlı vəziyyət nəzarətdən çıxır

Liviyada yeni növ koronavirus pandemiyası ilə bağlı vəziyyət nəzarətdən çıxır, yoluxanların sayı durmadan artır.

ARANTV.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, bunu cümə axşamı günü Rabatda BMT-nin Liviya üzrə xüsusi təmsilçisi vəzifəsini icra edən Stefani Uilyams deyib.

“Liviya dəhşətli iqtisadi böhranla üzləşib, münaqişələr indi mərkəzi Liviyanı, o cümlədən 130 min dinc sakinin təhlükə altında olduğu Sirt regionunu təhdid edir”, – “Magreeb Arabe Press” onun sözlərini sitat gətirir.

“Üstəlik, koronavirus pandemiyası ilə bağlı vəziyyət, xüsusilə də ölkənin cənubunda yoluxma sayının durmadan artması nəzərə alınmaqla, nəzarətdən çıxır”, – emissar deyib.Rəsmi məlumatlara görə, Liviyada 12 minə yaxın koronavirusa yoluxma halı qeydə alınıb. 200-dən çox xəstə dünyasını dəyişib, 1 150-dən çox insan sağalıb.

Daha çox xəbərlər