Dünyada 4-cü hal: bir şəxs ikinci dəfə koronavirusa yoluxdu
ABŞ-ın Nevada ştatında bir şəxs ikinci dəfə koronavirusa yoluxub.
ARANTV.AZ “Qafqazinfo”ya istinadən bildirir ki, bu, ölkədə ilk, dünyada isə dördüncü haldır. Onlardan biri bu həftə Honkonqda, ikisi Avropada qeydə alınmışdı. Həmin şəxslər xəstəliyi yüngül formada keçirdiyi halda, Rino şəhərinin (Nevada ştatı) 25 yaşlı sakinin təkrar xəstəliyi ağır simptomlarla müşahidə olunur.

