Hadisə 

Meşə fonduna ziyan vuran şəxs cəzalandırılıb

Ağdaş rayonunda meşə fonduna ziyan vuran şəxs cəzalandırılıb.

Bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.

Bildirilib ki, xidmətin əməkdaşları tərəfindən Ağdaş rayonu ərazisində keçirilən nəzarət tədbirləri zamanı “HOVA” markalı 04-BO-804 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində doğranmış halda 35000 ədəd taxta aşkar olunub.

Xidmətin rəis müavini Bəhruz Məhəmmədov Oxu.Az-a bildirib ki, araşdırma zamanı qanunsuz yolla əldə edilən meşə materialından hazırlanmış yeşik taxtaların Qəbələ rayonu Mıxlıqovaq kənd sakini Aqil Bəşirova məxsus olduğu və meşə fonduna 1971 manat məbləğində ziyan dəydiyi müəyyən olunub:

“Faktla bağlı akt tərtib edilib. Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi, ağacların hansı meşə ərazisindən kəsilib emal edildiyinin müəyyənləşdirilməsi və təqsirkar şəxslər barəsində qanuna müvafiq tədbirlərin görülməsi məqsədilə toplanan materiallar Ağdaş rayon Prokurorluğuna göndərilib”.

Daha çox xəbərlər